Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
26 May 14:03
2 373
"Dini etiqad azadlığının təmin olunmasında bu sahədə mövcud hüquq normalarının qorunması və bununla bağlı institusional çərçivələr mühüm xarakterə malikdir".
Bu fikirləri Essex Universitetinin əməkdaşı Ahmed Shaheed Bakıda təşkil olunan "İslamafobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" adlı beynəlxalq tədbirin "Antimüsəlman nifrət siyasəti: Hüquqi Çərçivələr və Təbliğat Strategiyaları" panelində deyib.
A. Shaheed bu sahədə növbəti məsələnin görüləcək işlərə müvafiq büdcənin ayrılması və onun sərf olunmasında şəffaflıqla bağlı olduğunu diqqətə çatdırıb:
"Hesab edirəm ki, dini hüquqları əvvəlcədən müəyyən etsək bu zaman onların uğurlu olub-olmamasını da aşkara çıxarmaq olar. Dini etiqad azadlığının təmin olunmasında bu sahədə mövcud hüquq normalarının qorunması və bununla bağlı institusional çərçivələr də mühüm xarakter daşıyır. Daha bir məsələ isə görüləcək işlərə müvafiq büdcənin ayrılması və onun sərf olunmasında şəffaflıq məsələsidir. Nəticədə etibarilə bütün bu imkanlar əlçatan olmalıdır. Əsas göstəricilər məhz bu amillərdir. Biz əslində müsəlman icmalara hökumət orqanlarına müraciət səlahiyyəti veririk. Hesab edirəm ki, institusional çərçivələrin müəyyən edilməsi həlli vacib olan prioritet məsələdir".