Gəncədə yeniyetməni maşın vurub Hadisə

Gəncədə yeniyetməni maşın vurub

Gəncədə piyadanı avtomobil vurub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2011-cu il təvəllüdlü T.Əliyevi vurub.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.