

“Heç vaxt belə sakit və gözəl yerdə olmamışam”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq Laçında jurnalistlərə açıqlamasında deyib.
“Burada birinci dəfədir ki, oluram. Mən heç vaxt belə sakit və gözəl yerdə olmamışam. Burada tikinti işləri davam edir və ümid edirəm ki, tikinti işləri tezliklə başa çatacaq”.