İsrail "Barak" sistemi ilə sərhədi pozan PUA-nı vurub Dünya

İsrail "Barak" sistemi ilə sərhədi pozan PUA-nı vurub

İsrail ordusu ilk dəfə olaraq “Barak” hava hücumundan müdafiə vasitələrinin köməyi ilə sərhəd zolağını pozan pilotsuz uçuş aparatını zərərsizləşdirib.

APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat və görüntülər yayıb.

Bildirilib ki, sözügedən istiqamətdə əməliyyatlar bundan sonra da davam etdiriləcək.