Beş ayda Azərbaycana 500 min tondan çox buğda idxal edilib İqtisadiyyat

Beş ayda Azərbaycana 500 min tondan çox buğda idxal edilib

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 110 milyon 435.6 min ABŞ dolları dəyərində 510 430 ton buğda idxal edilib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı həcm baxımından 55.4% və ya 181.9 min ton, məbləğ baxımından isə 51.6% və ya 37.8 milyon ABŞ dolları çoxdur. Ötən ilin ilk 5 ayında Azərbaycana 72 milyon 676.3 min ABŞ dolları dəyərində 328 min 542 ton buğda idxal edilmişdi.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.11%-nə bərabər olub.

Qeyd edək ki, bu dövrdə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2% azalaraq 367.8 manat təşkil edib.