

Azad edilmiş ərazilərin bərpası puldan əlavə, qətiyyət və iradə tələb edir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Laçında səfərdə olan Polşanın Azərbaycandakı səfiri Pavel Radomski deyib.
“İkinci dəfədir burada oluram. Birinci səfərim iki ay bundan əvvəl Xankəndiyə olub. Həqiqətən də ölkənin təbiətinin gözəlliyindən valeh olmuşam. Buradakı dəyişikliklərin və modernləşmənin miqyası çox böyükdür. Bu ərazilərin bərpası və modernləşməsi regionun gələcəyi üçün çox vacibdir. Mən insanların bura qaytarılmasının necə çətin olduğunu anlamağa çalışıram. Vəziyyəti yaxşılaşdırmağın, planların həyata keçirilməsinin necə mürəkkəb olduğunu qavramağa çalışıram. Əlbəttə ki, bu sadəcə pul tələb etmir. Bunun üçün iradə və qətiyyət də lazımdır. Mən gələcəkdə də bura səfər etməyi planlaşdırıram. Mənim üçün buradakı müsbət prosesləri, bərpa işlərini görmək çox maraqlı olardı”, - səfir qeyd edib.