

BMT-nin uşaq fondu UNICEF-in nümayəndəsi Ceyms Elder Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin onlayn olaraq keçirdiyi həftəlik mətbuat konfransında iştirak edərək Qəzzadakı vəziyyətlə bağlı dəyərləndirmələr edib.
Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən qeyd edir ki, İsrailin hücumları altındakı Qəzzada ən ölümcül dönəmin yaşadığını vurğulayan Elder, "Hazırda Qəzzada içməli su istehsal edən müəssisələrin yalnız 40 faizi (217-dən 87-si) fəaliyyət göstərir. Yanacaq olmadan bunların hamısı bir neçə həftə ərzində fəaliyyətini dayandıracaq. Qəzzaya gələn yanacağa 100 gündən çoxdur tətbiq edilən blokada aradan qalxmazsa, uşaqlar susuzluqdan ölməyə başlayacaq. Xəstəliklər irəliləyir və xaos güclənir."
O, Qəzzada qida çatışmazlığı ilə bağlı həyəcan təbili çalındığına diqqət çəkərək aprel-may ayları arasında qida çatışmazlığı müalicəsi üçün qəbul edilən uşaqların sayında yüzdə 50 artım olduğunu söyləyib.
"Qəzzada su sistemləri çökür" deyən Elder bu problemlərin lojistik və ya texniki deyil, siyasi olduğunu bildirib.
Elder həmçinin qeyd edib ki, yanacağın Qəzzada xəstəxanalar üçün də həyati əhəmiyyəti var və onsuz oksigen istehsalı dayanacaq, həyati dəstək maşınları sıradan çıxacaq.