“Zəhra Ermənistan tərəfindən öldürülən ilk körpə deyil” Siyasət

“Zəhra Ermənistan tərəfindən öldürülən ilk körpə deyil”

Məlahət İbrahimqızı: "Onların bu əməllərini dünyaya çatdırmaqla iç üzlərini ifşa etməliyik"

"2 yaşlı Zəhranın qətli Ermənistanın qəddar imicini bir daha ortaya qoydu". Bunu deputat Məlahət İbrahimqızı bildirib. O deyib ki, Ermənistan illərdir xalqımıza qarşı genosidi davam etdirir: "Belə hadisələr Ermənistanın qəddar, işğalçı imicini açıq şəkildə göstərdi. Ermənistanın işğalçılığı ilə bağlı ikili standartlar var, bəzən balanslaşdırılmış formada münasibət göstərilir. Zəhranın qətli kimi hadisələr Ermənistanın ifşa olunmasına aparır. Əminəm ki, işğalçıların beynəlxalq təşkilatlar tərəfindən qınanması Azərbaycanın bu məsələdə nə qədər haqlı olduğunu göstərəcək. Bir uşağın, mülkü insanın qətlə yetirilməsi ən ağır cinayətdir. Mən bu günlərdə BMT-də gördüm ki, erməni hərçilərin bi vandal əməli necə nifrətlə qarşılanıb, qınanmaq sözü çox yumşaq səslənir, onlar lənətlənir. 2 yaşlı körpənin, qadının öldürülməsi insanlığa qarşı törədilmiş cinayətdir. Zəhra Ermənistan tərəfindən öldürülən ilk körpə deyil, onların bu əməllərini dünyaya çatdırmaqla iç üzlərini ifşa etməliyik".
ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişilinin sözlərinə görə, ermənilər Azərbaycan uşaqlarının qətlini 1992-ci ildən bəri həyata keçirilər: "İlk dəfə uşaqların qətli Xocalıda gerçəkləşdirilib. Məhz həmin soyqırımını törədənlər, ona başçılıq edənlər hazırda Ermənistanın rəhbərliyində təmsil olunurlar. Füzulidə 2 yaşlı Zəhranın və onun nənəsinin qətli əmrini verənlər həmin adamlardır. Bütün beynəlxalq tədbirlərdə verilən bəyanatlar bu hadisənin sırf insanlığa qarşı törədildiyini əks etdiridi. Qeyd olunurdu ki, XXI əsrdə insanlığa qarşı cinayətlərə yer olmamalıdır. Mənim fikrimcə, Ermənistan rəhbərliyi bu gün reallıqdan o qədər uzaqdır ki, cinayətkara belə bəyanatların, qınaqların böyük bir təsiri yoxdur. Cinayətkarların cəzalandırılması sadəcə bəyanatlarla olmamalıdırl, eyni zamanda real iş olmalıdır. Ermənistan rəhbərliyinə sanksiyalar tətbiq olunmalıdır, cinayətkarlar öz cəzasını almalıdır. Beynəlxalq hüquq normalarında bununla bağlı xüsusi maddələr var. Haaqa Məhkəməsində bir çox beynəlxalq canilərin məsuliyyətə cəlb olunması ilə bağlı təcrübələr var. Hələ ki bunların heç biri olmadığından Ermənistan silahlı qüvvələri Azərbaycan mülki əhalisini atəşə tutur. Baş verən bu hadisələr onu göstərir ki, beynəlxalq təşkilatların verdiyi bəyanatlar Ermənistanın cinayətkar rejimini hələ də bu addımlardan əl çəkməyə sövq edə bilmir".


Ermənistan atəşkəsi 115 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.