

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz bu xətti (Zəngəzur dəhlizini) eyni zamanda, geoiqtisadi əhəmiyyətinə görə son dərəcə vacib hesab edirik. Bu, regionumuzdan kənar ölkələri birləşdirəcək və ticarəti stimullaşdıracaq. Ümid edirik ki, bu xətt ixtilaf mənbəyindən çox konsensus simvoluna çevriləcək. Bununla da bu region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən bir əraziyə çevriləcək. Biz region ölkələri olaraq bu məsələni konsensus yolu ilə həll edə bilərik”, - Ərdoğan vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinə böyük önəm verir: "Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, bu dəhlizin tez bir zamanda hazırlanmasını və ondan həm Azərbaycanın, həm də regionun xeyrinə istifadə etmək istəyir. Əminəm ki, biz bu məsələni birlikdə həll edəcəyik".