Culfada avtomobil ana və qızını vurub Hadisə

Culfada avtomobil ana və qızını vurub

Culfa rayonunda avtomobil iki piyadanı vurub

"Report"un yerli bürosunun məlumatına görə, gecə saatlarında baş verən hadisə zamanı rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Naim Əlirza oğlu idarə etdiyi BMW markalı avtomobil ilə həmin kənd sakinləri -1981-ci il təvəllüdlü Kələntərova Tərifə Camal qızı və onun qızı, 2017-ci il təvəllüdlü Kələntərova Nur İlham qızını vurub.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

N. Kələntərovanın vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə təxliyyə olunub.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.