Bangladeşdə döyüş təyyarəsi kollecin binasına çırpılıb Dünya

Bangladeşdə döyüş təyyarəsi kollecin binasına çırpılıb

Banqladeşdə ölkənin Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsinin respublikanın paytaxtı Dəkkədə kollec binasının üzərinə düşməsi nəticəsində 28 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Protom Alo (PA) məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, hazırda hadisə yerində xilasetmə işləri aparılır. Zərərçəkənlər Dəkkə Tibb Kollecinin Milli Yanıqlar və Plastik Cərrahiyyə İnstitutuna aparılır.
Əksəriyyəti tələbə olmaqla, ən azı 28 nəfər indiyədək xəstəxanaya yerləşdirilib.
Xidmətlərarası İctimai Əlaqələrin (ISPR) məlumatına görə, hərbi təlim təyyarəsinin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.

Məryəm Quliyeva