“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
21 İyul 2025 13:10
2 492
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasə E.Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Ramana qəsəbəsində baş verib. İttihama görə, 2008-ci il təvəllüdlü E.Süleymanov Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində aralarında yaşanmış mübahisə zamanı 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
E.Süleymanov qətli törədən zaman məktəbli olub.
25 Yanvar 14:33
1 092
25 Yanvar 12:52
1 064
25 Yanvar 12:51
1 092