

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) görkəmli maarifçi və din xadimi Hacı Rəhim Əfəndi adına müsabiqə keçirir.
Təhsil Laboratoriyası tərəfindən keçirilir.
1. Ümumi müddəalar
Müsabiqənin məqsədi – Azərbaycanda təhsil sisteminin formalaşması, inkişaf mərhələləri və institutlaşması, Azərbaycanda maarifçilyin təşəkkülü və nümayəndələri, müasir dövrdə təhsildə yeni tendensiyalar, ölkədə təhsilin mövcud vəziyyəti, əsas problemləri, inkişaf perspektivlərini elektron və çap kütləvi informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu auditoriyasının təhsilə marağını daha da artırmaqdan, təhsildə mövcud problemlərin aradan qaldırılması imkanlarını işıqlandırmaqdan ibarətdir.
2.Müsabiqənin iştirakçıları
Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, elm və təhsil nümayəndələri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.
3.Müsabiqə 1 nominasiyada keçirilir:
– Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;
4. Müsabiqənin keçirilmə qaydası
– Müsabiqədə 1 sentyabr 2025-ci ildən 31 may 2026-ci il tarixədək dərc olunmuş məqalə, müsahibə və reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək).
– Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir.
Müsabiqədə yalnız qeyd olunan dövr ərzində elektron və çap mediasında dərc olunan məqalə, müsahibə və ya reportajlar iştirak edə bilər;
Material dərc edilərkən: "Bu yazı AVCİYA-nın Hacı Rəhim Əfəndi adına Təhsil Laboratoriyasının “AZƏRBAYCANDA TƏHSİL: DÜNƏN, BU GÜN, SABAH” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçündür” qeydi olmalıdır.
Şərtə əməl etməyən müəlliflərin məqalələri müsabiqəyə buraxılmayacaq.
– Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, müsahibə və reportajlar iştirak edəcək.
5. Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:
– Çap Kütləvi İnformasiya Vasitələri:
Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.
– İnternet nəşrlər:
Materialın linki elektron poçta göndərilir.
– Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:
Məqalənin, müsahibənin, reportajın adı,
Müəllifin adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Dərc olunmuş media orqanının adı.
Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.
6. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
– Müsabiqəyə 2026-cı ilin iyul ayının 10-da yekun vurulacaq;
– Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq:
I yer – 1 000 manat
II yer – 750 manat
III yer – 500 manat
3 həvəsləndirici diplom – hər biri 250 manat
7.Müsabiqəyə təqdim ediləcək materiallar [email protected] elektron ünvanına göndərilməlidir.