

Biz Xəzər dənizində vəziyyətin yaxşılaşdırılmasına çalışmalıyıq.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
O, Xəzər dənizi ilə bağlı Türk dövlətlərinə çağırış edib.
Tokayev həmçinin bildirib ki, gələn ilin aprel ayında Davamlı Gələcək üçün Birgə Baxışla bağlı BMT-nin sammitini keçirəcək. O, Türk dövlətlərinin həmin sammitdə iştirakını istədiklərini vurğulayıb.