

TDT Baş katibi: Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndiririk
Ersin Tatar: Azərbaycanın Zəfəri ədalətin, Böyük Türk dünyasının zəfəridir
Baş nazir: Macarıstan Azərbaycanla təkcə dost deyil, həm də strateji tərəfdaşdır
“TDT vahid mövqe sərgiləməklə qlobal gücə və aktora çevrilə bilər”
Macarıstan Türk dövlətləri ilə bir arada olmaqdan şərəf duyur
“Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Dövlət başçısı TDT-yə uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkür edib.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
“Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”, - təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlət başçısı qeyd edib.