Ərdoğan: TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək Siyasət

Ərdoğan: TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək

TDT-yə sədrliyi təhvil alan əziz qardaşım Prezident İlham Əliyevə uğurlar diləyirəm. Sədrliyi təhvil verən Sadır Japarova isə töhfələrindən dolayı təşəkkür edirəm.

APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Türkiyə lideri bildirib ki, bu gün bir çox məsələlərə etinasız yanaşan beynəlxalq sistemlə qarşı-qarşıyayıq: “Türk Dövlətləri Təşkilatının dəyişən şərtlərlə ayaqlaşan, beynəlxalq məsələlərdə ortaq duruş sərgiləyən təşkilata çevrilməsini arzu edirik.

Müxtəlif təhlükəsizlik sınaqları ilə məşğul olduğumuz şəraitdə üçüncü tərəflərlə də dialoqun inkişafı mühümdür. Bu mənada TDT+ formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək”.