

Musiqi məktəblərinə işə qəbul üzrə xüsusi müsabiqə elan olunub
Səfir: Orban Azərbaycanı Avropanın qızıl səhifəsi kimi səciyyələndirir
Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyulub - YENİLƏNİB-1
Ceyhun Bayramov: Azərbaycanın sədrliyi dövründə TDT-nin güclənəcəyinə inam ifadə olunub
“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir. Belə ki, təşkilat artıq mövcud olduğu dövrdə kifayət qədər ciddi məsafələr qət edib. 2009-cu ildən bəri 16 il müddətində təşkilatın fəaliyyətinə biz diqqət yetirdikdə görürük ki, həm onun sıraları genişlənib, eyni zamanda, təşkilatda təmsil olunan dövlətlərarası münasibətlər kifayət qədər yüksək səviyyəyə qalxıb”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O.Qasımov vurğulayıb ki, əgər son illərə qədər bu əlaqələr yalnız ticarət, iqtisadiyyat, mədəni və humanitar sahələri, enerji sektorunu əhatə edirdisə, indi bu istiqamətlər geniş spektrə malikdir: “Belə ki, sadalanan istiqamətlərdən başqa logistika, nəqliyyat, texnologiya, rəqəmsal texnologiya, müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq, hərbi sahədə, o cümlədən təhsil sahəsində, həmçinin nadir elementlərin istismarı və istifadə edilməsi ilə bağlı istiqamətlərdə əməkdaşlıq formatları mövcuddur. Artıq təşkilat özünün bir çox strukturlarını yaradıb və bu strukturlar kifayət qədər effektiv fəaliyyət göstərməyə başlayıb”.
Politoloqun sözlərinə görə, bu gün Qəbələdə keçirilən toplantıda təhlükəsizlik və sülh məsələsinin müzakirə olunması da artıq təşkilatda müzakirələrin hansı istiqamətdə getdiyinin göstəricisi sayıla bilər: “Çünki üzv dövlətlər hər biri çox yaxşı bilir ki, müasir dünyamızdakı mürəkkəb siyasi şəraitdə TDT vahid mövqe sərgiləməklə qlobal gücə və aktora çevrilə bilər, dövrün çağırışlarına hazır ola bilər. Məhz bu istiqamətlərdə addımlar atılmaqdadır. Azərbaycan Prezidentinin də keçən ilin fevralında Parlamentdə qeyd etdiyi kimi Azərbaycanın xarici siyasətinin əsas prioriteti türk dünyasıdır. Türk dünyası bir ailədir və artıq TDT-də təmsil olunan dövlətlər həm bu formatda, həm də ikitərəfli səviyyədə kifayət qədər ciddi münasibətlərə malikdirlər. Qeyd etdiyimiz kimi son illər hərbi-texniki, o cümlədən müdafiə sənayesi sahəsində də üzv dövlətlər arasında ciddi münasibətlərin formalaşmasına şahid olmaqdayıq”.
Röya İsrafilova