

Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti Papua Yeni Qvineyada baş verən zəlzələnin episentrinin Morobe əyalətinin mərkəzi Lae şəhərindən 26 kilometr qərb-cənub-qərbdə olduğunu bildirib.
Təxminən 100 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudasının 6,6 olduğu bildirilir.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, lakin tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
Papua Yeni Qvineya, dünyadakı zəlzələlərin və vulkanik fəaliyyətlərin çox baş verdiyi, "Atəş Çərçivəsi" adlanan Sakit Okean Zəlzələ Zolağında yerləşir.
Məryəm Quliyeva