5 Dekabr 22:04
5 Dekabr 21:38
7 Oktyabr 13:40
1 372
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılıb.
“Biz Ermənistanın işğalını heç vaxt unutmayacağıq, şəhidlərimizin xatirəsini əziz saxlayacağıq, onların qanını biz döyüş meydanında aldıq”, - Prezident İlham Əliyev bildirib.
7 Dekabr 14:55
1 316
7 Dekabr 14:54
1 155
7 Dekabr 14:53
1 225