5 Dekabr 22:04
5 Dekabr 21:38
7 Oktyabr 13:42
1 407
“Qəbələ Zirvəsinin mövzusu bu gün ən vacib məsələlərdən biridir”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Qırğızıstan dövlət başçısı bildirib ki, bu gün xarici təhdidlər mühüm əhəmiyyət kəsb edir.
“Biz regionda təhlükəsizliyin, sabitliyin təmini üçün öhdəlik götürmüşük. Türk dünyası üz-üzə qaldığı çağırışların daha yaxşı öhdəsindən gəlməlidir. Bu baxımdan Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatı alqışlayırıq. Bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, sabitlik qurulacaq”, - Sadır Japarov vurğulayıb.
6 Dekabr 16:53
1 239
6 Dekabr 16:52
1 330
6 Dekabr 16:51
1 372