NBA: “Oklahoma-Siti Tander”dən ardıcıl 6-cı qələbə, “Minnesota”dan darmadağın İdman

NBA: “Oklahoma-Siti Tander”dən ardıcıl 6-cı qələbə, “Minnesota”dan darmadağın

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha səkkiz qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, “Oklahoma-Siti Tander” səfərdə “Nyu Orlean Pelikans”ı 126:109 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl 6-cı qələbəsini qazanıb.

“Minnesota” isə öz meydanında “Dallas Maveriks”i qəbul edib. Ev sahiblərinə 96:120 hesabı ilə uduzan qonaq komanda ardıcıl 4-cü məğlubiyyətini alıb.

Bu nəticələrdən sonra “Oklahoma-Siti Tander” hazırda Qərb Konfransında turnir cədvəlinə başçılıq edir. “Minnesota” 6-cı, “Dallas Maveriks” 13-cü, “Nyu Orlean Pelikans” 15-ci yerdədir.

Matçların nəticələri

“Filadelfiya” - “Los-Anceles Klippers” – 110:108

“Klivlend Kavalyers” – “Miluoki Baks” – 118:106

“Mayami Hit” - “Nyu-York Niks” – 115:113

“Minnesota” - “Dallas Maveriks” – 120:96

“Detroit Pistons” - “İndiana Peysers” – 127:112

“Toronto Reptors” – “Şarlot Hornets” – 110:108

“Nyu Orlean Pelikans” - “Oklahoma-Siti Tander” – 109:126

“Denver Naqqets” - “Çikaqo Bullz” – 127:130.