18:56
644
“Nikol Paşinyanın son bəyanatları bir neçə mühüm mesaj və məqsəd daşıyır və Ermənistanın daxili siyasi dinamikasını əks etdirir”.
Bu sözləri Politoloq Qalib Ağayev xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
O bildirib ki, Paşinyan 2026-cı il parlament seçkilərini ölkədə xarici təsirin azaldılması və siyasi müstəqilliyin gücləndirilməsi üçün bir imkan kimi görür: “Bu, onun üçün Ermənistanın suverenliyini qorumaq və daxili siyasətdə güclü mövqeyini möhkəmlətmək məqsədini ortaya qoyur. Paşinyan keçmiş rəhbərlər Robert Koçaryan və Serj Sarkisyanın fəaliyyətini ölkənin problemlərinin əsas mənbəyi kimi təqdim edir. Bu strategiya Paşinyana siyasi mübarizədə üstünlük əldə etmək və müxalifəti zəiflətmək imkanı verir. Eyni zamanda, Baş nazir seçicilərdən müxalifətə reaksiya gözlədiyini bildirərək ictimai dəstəyi artırmağa çalışır. Bu, onun populyarlığını qorumaq və gələcək seçkilərdə dəstək toplamaq üçün açıq mesajdır”.
Ekspert əlavə edib ki, Paşinyan müxalifətə meydan oxuyur və onların gücünü azaltmaq üçün siyasi mübarizəsini davam etdirir.Bu yanaşma Paşinyanın siyasi arenada güclü lider olduğunu göstərmək üçün bir vasitədir. Ümumilikdə, onun bəyanatları həm siyasi mühiti, həm də seçiciləri hədəfləyir və partiyasının gələcək uğurları üçün legitim baza yaradır. Bu bəyanatlar Ermənistanın siyasi mühitindəki qarşıdurmanın davam etdiyini və Paşinyanın mövqeyini gücləndirməyə çalışdığını göstərir.Paşinyan həm daxili, həm də xarici auditoriyaya mesaj verir və bu, onun siyasi strategiyasının əsas tərkib hissəsidir”.
Günel Elxan
19:39
595
19:03
658
17:01
553