Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışıb Siyasət

Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışıb

Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mövqeyi açıq və ardıcıldır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiyanın səylərinin regionda dayanıqlı sülhə nail olunmasına və regionun çiçəklənməsinə istiqamətləndiyini vurğulayıb.

Zaxarova Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində 2020 və 2023-cü ildə Qarabağda qan tökülməsini dayandırmağa nail olunduğunu qeyd edib.

“Aydındır ki, üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib. Əksinə, bu razılaşmalar Bakı ilə İrəvan arasında sülh prosesinin yol xəritəsini təşkil edir. Öz tərəfimizdən əvvəlki tək Cənubi Qafqaz ölkələri və onların qonşularının marağında olan qarşılıqlı sərfəli həllə nail olmağa yardım etməyə hazırıq”, - Rusiya XİN sözçüsü fikrini yekunlaşdırıb.