18:02
476
"Ermənistan Baş naziri Nikol Paşinyanla Eçmiədzin katolikosu II Qaregin arasında davam edən qarşıdurma getdikcə dərinləşir və prosesin sonu artıq aydın görünməyə başlayır".
Bunu politoloq Əli Mustafa Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövcud dinamika mütləq şəkildə Paşinyanın xeyrinə işləyir:
"Paşinyan bütövlükdə kilsəni hədəf almır, əksinə, kilsənin sağlam, xalq arasında nüfuzu olan qanadı ilə münasibətləri qorumağa çalışır. Paşinyan mütəmadi olaraq kilsəyə gedir, öz mesajlarını verir və göstərir ki, dini dəyərlərə qarşı deyil. Onun mübarizəsi Rusiyaya bağlı olan, Ermənistan daxilində xarici təsirlərə xidmət edən KK B strukturları və xüsusilə katolikos II Qareginlədir. Ermənistanda uzun müddətdir katolikosun vəzifədən uzaqlaşdırılması ilə bağlı cəhdlər edilir, cəmiyyətin də əhəmiyyətli hissəsi II Qaregindən narazıdır. Bu isə Paşinyanın mövqelərini daha da gücləndirir. Prosesin son mərhələsində Nikol Paşinyanın üstünlüyü daha qabarıq görünəcək və baş nazir katolikos məsələsində istədiyi dəyişikliyi reallaşdırmağa yaxınlaşıb".
Günel Elxan