Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək Cəmiyyət

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.