İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
2 Dekabr 2025 14:45
2 569
“Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan-Ermənistan sülh danışıqlarına nikbin yanaşması çox ciddi narahatlıq doğurur. Qarşıda Ermənistanı ilk növbədə çox ağır bir sınaq – Parlament seçkiləri gözləyir və bu seçkilərdə rusiyayönümlü qüvvələrin qalib gəlməsi üçün Rusiya hər şeyi edir. Kilsəni, sahibkarları, keçmiş əlaltılarını, hamını birləşdirib seçkiyə blok şəklində getmələrini təmin edir, zəruri yardımı göstərir. Bütün bunların bəziləri göz qabağındadır, bəziləri də təbiidir ki, gizli şəraitdə aparılır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov söyləyib.
A.Səmədov əlavə edib ki, Qərb demək olar ki, real bir addım atmayıb nikbin bəyanatlar verir: “Lakin unudurlar ki, Ermənistanda və bölgədə hər şeyin yaxşı olması üçün seçkilərdə Paşinyanın qələbəsi təmin olunmalıdır. Seçkilərdə rusiyayönümlü qüvvələrin qalib gəlməsi həm sülh sazişini düyünə salacaq, həm yeni Konstitusiyanın qəbulu məsələsi baş tutmayacaq, Zəngəzur dəhlizinin açılması məsələsi yəqin ki, alınmayacaq və s. Bu səbəbdən hesab edirəm ki, Qərb fəallaşmalıdır, vəziyyətin nə qədər gərgin olduğunu anlamalıdır, məsuliyyətli davranmalıdır və əlindən gələni etməlidir ki, bu seçkilərdə Paşinyan və onun tərəfdarları qalib gəlsinlər”.
Siyasi ekspert deyib ki, Ermənistanın və müəyyən mənada bölgənin gələcək taleyi həm də bu seçkilərdə kimin qalib gələcəyindən son dərəcə asılı olacaq: “Əgər rusiyayönümlü qüvvələr yenə qalib gəlsələr, Ermənistan Rusiyanın forpostuna çevriləcək və Rusiya Azərbaycana qarşı Ermənistandan 90-cı illərdə olduğu kimi istifadə etməyə cəhdlər göstərəcək. Unutmamalıyıq ki, Rusiyada Qarabağ məsələsi hələ bitməyib bəyanatları verənlərin sayı son zamanlar artmaqdadır”.
Röya İsrafilova
16 Yanvar 18:35
1 134
16 Yanvar 17:57
1 134
16 Yanvar 17:31
1 127