Prezident: Sülh gündəliyinin irəli aparılması üçün Azərbaycan bundan sonra da səylərini davam etdirəcək Siyasət

Prezident: Sülh gündəliyinin irəli aparılması üçün Azərbaycan bundan sonra da səylərini davam etdirəcək

Sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən bildirib.

Prezident sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.