Ermənistan Moskvada MDB-nin iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib - FOTO Siyasət

Ermənistan Moskvada MDB-nin iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib - FOTO

Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 108-ci iclası keçirilir.

APA-nın Moskva bürosu xəbər verir ki, MDB ölkələrinin baş nazir müavinləri öncə məhdud tərkibdə görüşüblər. Daha sonra isə iclas geniş tərkibdə davam etdirilib.

Azərbaycanı MDB İqtisadi Şurasının iclasında Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Ermənistan iqtisadi Şuranın iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib. Belə ki, rəsmi İrəvanı iclasda Belarusdaki səfir Razmik Xumaryan təmsil edir.

Ermənistan Moskvada MDB-nin iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib - FOTO Ermənistan Moskvada MDB-nin iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib - FOTO Ermənistan Moskvada MDB-nin iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməyib - FOTO