14:03
455
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Ermənistanda səfərdədir.
APA Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Lord Vernon Koaker İrəvanda müdafiə naziri Suren Papikyanla görüşüb, müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə iki ölkənin səfirləri, həmçinin Böyük Britaniyanın Ermənistandakı ilk hərbi attaşesi mayor Tomas Şorland Bill da iştirak edib.
Nazirlər hesab edirlər ki, Ermənistan və Böyük Britaniyada rezident attaşelərin təyin edilməsi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə kömək edəcək.
Görüşdə bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker ötən gün Azərbaycanda səfərdə olub, bir sıra görüşlər keçirib.