AKP sözçüsü Türkiyə ordusunun Suriyaya daxil olması ilə bağlı xəbərlərə aydınlıq gətirib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənilib
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
17:45
532
8-9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə olub.
XİN-dən verilən xəbərə görə, səfər zamanı, Azərbaycan-Laos Xarici İşlər Nazirlikləri arasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Laos Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə ilk siyasi məsləhətləşmələr keçirilib.
İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.
Nazir müavini E.Məmmədov bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər zamanı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Laos Milli Assambleyasının vitse-prezidenti Sunthon Saynyachak və Laosun xarici işlər naziri Sonqsavan Fomvihon ilə görüşlər keçirib.
Həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov Laosun nüfuzlu media qurumlarına Azərbaycan-Laos əlaqələrinin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müsahibə verib.
Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycanın Vyetnamdakı, eyni zamanda Laosda akkreditə olunmuş Səfirliyi tərəfindən Laosun paytaxtı Vyentyan şəhərində 9 dekabr 2025-ci il tarixində keçirilmiş rəsmi qəbulda nazir müavini Elnur Məmmədov və fəxri qonaq qismində iştirak etmiş Laosun xarici işlər naziri Sonqsavan Fomvihon ilə birlikdə qonaqları salamlayaraq, geniş nitqlə çıxış ediblər.
Tədbirdə eyni zamanda əvvəllər Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının üzvləri iştirak ediblər.




