"İran Naxçıvanı vurmaqla TRİP marşrutunu hədəf alır" Gündəm

"İran Naxçıvanı vurmaqla TRİP marşrutunu hədəf alır"

İranın hərbi rəhbərliyi – İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) region ölkələrinin iqtisadi infrastrukturuna zərbə vurmaq və bölgəni xaosa sürükləmək siyasəti həyata keçirir. Rəsmi Tehran uzun müddətdir Azərbaycanı müxtəlif bəyanatlarla təhdid edir. Hazırda isə bu təhdidlərin real hərbi riskə çevrildiyi müşahidə olunur.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ABŞ-ın təşəbbüsü ilə formalaşan TRİP layihəsinin əsas seqmentlərindən biri olan Naxçıvan Muxtar Respublikasının hədəfə alınması Tehran tərəfindən planlaşdırılmış addım kimi qiymətləndirilə bilər. Bu addım həm də region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinə qarşı yönəlmiş mesaj xarakteri daşıyır:

"Ötən gün Məsud Pezeşkian vilayət rəhbərliklərinə və hərbi strukturlara daha geniş müstəqil idarəetmə səlahiyyətlərinin verildiyini açıqlayıb. Bu qərar bəzi regional aktorların daha sərt və avantürist addımlar atmasına, nəticədə isə bölgədə hərbi eskalasiyanın dərinləşməsinə gətirib çıxara bilər".

Cavid