9 Aprel 11:40
1 253
Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.
Qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
10 Aprel 19:45
1 288
10 Aprel 19:43
1 337
10 Aprel 18:50
1 596





