Jorin: Nə Ukraynada, nə də İranda real sülh yaxın deyil Gündəm

Jorin: Nə Ukraynada, nə də İranda real sülh yaxın deyil

Ukraynada "real" atəşkəsə "hələ çox var".

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) üçüncü hücum briqadasının komandir müavini, "Azov"un keçmiş komandiri Maksim Jorin öz "Telegram" kanalında yazıb.

Jorinin sözlərinə görə, Rusiyanın neft ixracından gəlirləri artmaqda davam etdiyi üçün Moskva münaqişəni sürdürmək iqtidarındadır.

"Son xəbərlər işarə edir ki, həm Ukraynada, həm də İranda real barışığa hələ kifayət qədər çox var. Yaxın gələcəkdə Ukraynada səfərbərliyin dayanmaması tamamilə məntiqlidir", — deyə o qeyd edib.

Jorin ukraynalılara seçim edilməsini və "ilk saatlarda qaçmaq istəyəcəkləri bölməyə göndərilmələrini" gözləmədən, özlərinin könüllü olaraq orduya yazılmalarını tövsiyə edib.

Məryəm Quliyeva