09:30
1 239
Yaponiya hökuməti öz ehtiyatlarından 20 günlük neft ehtiyatını sərbəst buraxmaq imkanını nəzərdən keçirir.
Xalqcebhesi.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu addım may ayında atıla bilər.
Martın ortalarında ölkədə artıq təxminən 45 günlük tələbatı qarşılayacaq ehtiyatların bazara çıxarılmasına başlanılıb. Neft sənayesi nümayəndələri Hörmüz boğazının faktiki blokadasının hələ bir müddət davam edə biləcəyindən ehtiyat edərək, bu prosesin may ayında da davam etdirilməsinə çağırıblar.
Məryəm Quliyeva