Saatlıda su kanalından 2 avtomat tapılıb Hadisə

Saatlıda su kanalından 2 avtomat tapılıb

Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 ədəd avtomat aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.