“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub
Azərbaycan teatrının görkəmli siması Sidqi Ruhulla 140 yaşında yad edilir
Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış
I rübdə qeyri-neft sektoru üzrə ixrac gəlirləri 12%-ə yaxın artıb
12:06
868
Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi üzərində 30-dan çox ölkə iş aparır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorca Meloni bəyan edib.
"Biz artıq Hörmüz boğazında gəmiçilik azadlığının tam bərpasına imkan verən təhlükəsizlik şəraiti yaratmaq üçün Birləşmiş Krallığın dəstəyi ilə yaradılmış və 30-dan çox ölkəni birləşdirən koalisiya ilə bu məsələ üzərində işləyirik. Hesab edirik ki, bu töhfə danışıqların hazırkı mərhələsində mühümdür", — deyə o, milli parlamentdəki çıxışı zamanı bildirib.
Meloni qeyd edib ki, əgər İran boğazdan tranzit üçün əlavə rüsumlar tətbiq etmək hüququ qazanarsa, bu, iqtisadi fəsadlara və ticarət axınlarının istiqamətinin dəyişməsinə səbəb ola bilər. "Buna görə də İtaliya, onun avropalı və qərbli tərəfdaşları üçün prioritet vəzifə gəmiçilik azadlığını fevralın 28-nə qədərki (ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başladığı tarix) səviyyəyə qaytarmaqdır. Bu, enerji daşıyıcıları, kritik xammal, gübrə və iqtisadiyyatımız üçün vacib olan digər malların bazarındakı gərginliyi normallaşdırmaq üçün zəruridir", — deyə İtaliya hökumət başçısı vurğulayıb.
Məryəm Quliyeva