Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib Cəmiyyət

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib

Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Nərgiz Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb. O, 1-ci dərəcə dövlət qulluqçusudur.