“Erməni mənşəli kriminalların cibində Ermənistanın diplomatik pasportları gəzdirməsi indi heç kimə sirr deyil” Siyasət

“Erməni mənşəli kriminalların cibində Ermənistanın diplomatik pasportları gəzdirməsi indi heç kimə sirr deyil”

Mübariz Əhmədoğlu: "Bütün bunlar Ermənistanda pasport və vizaların mağazalarda olduğu kimi açıq satışda olduğunu sübut edir"



"Ermənistanda pasport və viza rəsmiləşdirilməsi mağazalarda olduğu kimi açıq satışdadır". Belə bir açıqlama ilə çıxış edən politoloq Mübariz Əhmədoğlu deyib ki, Aştarak şəhərinin pasport bölməsinin əməkdaşı ABŞ, Gürcüstan, İran və Rusiyadan olan 55 nəfərə biometrik məlumatlı 55 pasport satıb: "Pasportların məbləği barədə heç bir məlumat verilmir. Məlumat üçün onu da qeyd edim ki, ötən ay Ermənistan XİN əməkdaşı qrinkard əməliyyatına görə saxlanıldı. O pul müqabilində müxtəlif ölkə vətəndaşlarına qrinkard almağa kömək edirmiş". Politoloq deyir ki, saxta viza verilməsi sahəsində Ermənistanın "uğurları" hətta Kubaya qədər gedib çatıb: "Kuba vətəndaşı R.Qomez ABŞ-da daimi yaşayışını təşkil etmək məqsədilə sənədləşdirmə işini reallaşdırmaq üçün Ermənistan vətəndaşına 65 min dollar pul verib. Bundan başqa Gürcüstanda axtarışda olan vətəndaş L.Mekaranaşvili Ermənistanda öz fotosu ilə pasport alaraq Ukraynaya gedib. Ukraynada isə onu tanıdıqları üçün Ermənistana qaytarıblar. Məlum olub ki, L.Mekaranaşvili həmin pasportu Yerevan şəhərində alıb". Mübariz Əhmədoğlu onu da qeyd edib ki, erməni mənşəli kriminalların cibində Ermənistanın diplomatik pasportları gəzdirməsi indi heç kimə sirr deyil: "Bütün bunlar Ermənistanda pasport və vizaların mağazalarda olduğu kimi açıq satışda olduğunu sübut edir. Terrorçuların da pulu və yeni pasportlara ehtiyacı var. Son vaxtlar Ermənistanın adı ən azı, 3-4 parametr üzrə terrorçuluqla yanaşı hallanır. Ermənistanın zəif olsa da, bu vəziyyərdən çıxış yolu axtarmalıdır. Əks-təqdirdə Ermənistan özünü məhv yoluna yuvarlayır".