İsrail ordusu Livanın cənubunda itki verib Dünya

İsrail ordusu Livanın cənubunda itki verib

SAXAL Livanın cənubunda İsrail hərbçisinin həlak olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, İsrail ordusu Livanın cənubunda yeni itkilər barədə məlumat yayıb.

"7-ci briqadanın 75-ci batalyonunun sürücüsü, baş serjant Bazil Sveyd Cənubi Livandakı əməliyyat fəaliyyəti zamanı həlak olub", — deyə ordu mətbuat xidmətinin bəyanatında bildirilir.

"Bu insident nəticəsində daha bir əsgər yaralanıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə edilib", — deyə hərbçilər əlavə ediblər.

Məryəm Quliyeva