Məmmədyarovla Zaoralek arasında təbrik məktubu mübadiləsi Siyasət

Məmmədyarovla Zaoralek arasında təbrik məktubu mübadiləsi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
XIN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində əlaqələrin ikitərəfli müstəvidə fəal siyasi dialoqun qurulması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, siyasi, iqtisadi, elmi, mədəni və digər humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində irəlilədiyini bildirib. Məktubda 2015-ci ildə Strateji Əməkdaşlığa dair Birgə Bəyannamənin imzalanması ilə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. E. Məmmədyarov Çex Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair prinsipal mövqeyinə görə minnətdalığın ifadə edib.
Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek isə məktubunda iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətləri təqdir edərək Azərbaycanın mühüm tərəfdaş olduğu və Çex Respublikasının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini söyləyib.