“Ermənilər seçkiqabağı çalışırlar ki, ciddi bir addım atmasınlar” Siyasət

“Ermənilər seçkiqabağı çalışırlar ki, ciddi bir addım atmasınlar”

Arzu Nağıyev: "Bu da ki, münaqişəninin həllinin uzadılmasına xidmət edir"

26 fefraldan başlayaraq Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası keçirilir. Sessiyada 30 a yaxın dövlətdə insan hüquq və azadlıqları ilə bağlı vəziyyətə dair çıxşlar olacaq. Bundan başqa əsas diqqətin silahlı münaqişələr vaxtı uşaqların müdafiəsi, rasizmlə mübarizə və əllilərin hüquqlarının təmin edilməsinə yönələcəyi gözlənilir". Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bununla belə çıxış edənlər arasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan da olacaq: "Düşünürəm ki, Azərbaycan tərəfi öz çıxışlarında münaqişənin həlli ilə bağlı beynəlxalq norma və qanunların pozulmasını və Sarkisyan rejiminin münaqişənin uzadılmasında öz hakimiyyətini və bununla da status-kvonu saxlamaq istəyini qabardacaq. Nalbandyan da hər bir millətin öz müqəddaratını həll etmək hüququ ilə bağlı danışa bilər. Yəni ermənilər seçkiqabağı çalışırlar ki, ciddi bir addım atmasınlar. Bu da ki, münaqişəninin həllinin uzadılmasına xidmət edir. Bir sözlə bu sessiyadan ciddi bir dəyişikliklər gözləmək düzgün olmazdı".