Ceyhun Bayramov: Azərbaycan Gürcüstana 4 milyarddan artıq investisiya yatırıb Siyasət

Ceyhun Bayramov: Azərbaycan Gürcüstana 4 milyarddan artıq investisiya yatırıb

“Azərbaycan Gürcüstan arasında ticarət-iqtisadi əlaqələr barədə danışmaq imkanımız olub”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu ilin 9 ayında artıq ötən ilin 1 ili ərzində olan ticarət dövriyyəsindən artıq nəticə göstərilib: “Mövcud potensial əldə etdiyimiz nəticələrdən artıqdır. Azərbaycan Gürcüstana 4 milyarddan artıq investisiya yatırıb. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 460 milyon investisiya yatırılıb. Ötən ay iki ölkənin Baş nazirlərinin rəhbərliyi ilə Hökumətlərarası Komissiyanın iclası keçirilib”.