Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Artıq dünya ictimaiyyəti erməninin kim olduğunu bilir”

“Artıq dünya ictimaiyyəti erməninin kim olduğunu bilir” Siyasət

“Artıq dünya ictimaiyyəti erməninin kim olduğunu bilir”

Azər Badamov: "Ermənilər həmişə özlərini məzlum xalq kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışıb"

"Bolqarıstan televiziyasında Ermənistanın təcavüzü ilə bağlı verilişin yayılması Azərbaycanın apardığı düzgün və istiqamətlənmiş xarici siyasətin nəticəsidir. Məhz apardığımız tədbirlər, beynəlxalq medianı məlumatlandırmağımız öz bəhrəsini verməkdədir". Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Bolqarıstan televiziyasında belə bir verilişlərin yayılması erməni yalanlarının və bizə qarşı törətdikləri faciələrin beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində apardığımız təbliğatımızın uğurudur: "Artıq dünya ictimaiyyəti erməninin kim olduğunu yaxından tanımaqdadır. Məhz belə verilişlərin yayımlanması ermənilərin işğalçı olduqlarını, bizə qarşı soyqırımlar törətdiyini daha da sürətlə dünyaya çatdırılmağımıza imkan verir. Verilişdən sonra Bolqarıstanda yaşayan ermənilər Bolqarıstan TV-yə qarşı kompaniyaya başlayıblar. Bu gözlənilən idi. Çünki, ermənilər həmişə özlərini məzlum xalq kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışıb. Bolqarıstan TV isə Ermənilərin bizə qarşı törətdikləri təcavüzləri, Ermənistanın Azərbaycan torpaqları üzərində qurulduğunu, Xocalı faciəsini tam xronologiyası ilə təqdim edib. Bolqrıstan TV-nin auditoriysının da Avropada geniş olması və erməni yalanlarının tam iç üzü ilə təqdim olunması Bolqarıstanda yaşayan ermənilərin qəzəbinə gəlib. Ona görə də ermənilər təlaş içindədirlər və Bolqarıstan TV-yə qarşı hücuma keçiblər. Ermənilər bilməlidirlər ki, yalan uzağa getmir və gec-tez həqiqət öz yerini tutur".
Millət vəkili Musa Qasımlı isə bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, onun gedişində törədilən soyqırımları və nəticələri barəsində Bolqarıstan televiziyasında proqramın hazırlanması cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi "Hücum diplomatiyası" taktikasının konkret nəticəsidir. Deputatın sözlərinə görə, belə proqramlar birdən-birə meydana çıxmır: "Bir tərəfdən bu, Azərbaycanın yürütdüyü fəaliyyətin nəticəsidirsə, digər tərəfdən bolqar jurnalistlərinin tədricən obyektivliyə meyl etməsini təsdiq edir. Ermənilər tərəfindən proqramı hazırlayan jurnalistə hücumun edilməsi isə erməni terror-siyasi təşkilatlarının iş üslubudur. Jurnalistə hücum edilməsindən, təhqir olunmasından və ölümlə hədələnməsindən təəccüblənmək lazım deyil. Erməni terror-siyasi təşkilatlarının proqramlarında açıq şəkildə yazılır ki, məqsədə çatmaq üçün hədə-qorxudan, terrordan istifadə edilə bilər. Bu isə həmin təşkilatların bütün anti-insani mahiyyətini ortaya qoyur".
Qeyd edək ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir.
Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.