“Ermənistanın təcavüzkar siyasəti regionda ümumi təhlükəsizliyi təhdid edir” Siyasət

“Ermənistanın təcavüzkar siyasəti regionda ümumi təhlükəsizliyi təhdid edir”

Məhəmməd Əsədullazadə: "Ölkəmizə qarşı bəzi mərkəzlərdən hücumların artması təsadüfi deyil"

"Ölkəmiz ətrafında və regionda cərəyan gərgin siyasi proseslər fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri xüsusi əhəmiyət kəsb edir". Bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, poilitoloq Məhəmməd Əsədullazadə səsləndirib. Politoloq deyib ki, ənənəyə sadiq olaraq ilk xarici səfərini ölkəmizə gerçəkləşdirən Rəcəb Tayyib Ərdoğanın Bakıda mühüm danışıqlar aparacağı, yeni şərtlərə uyğun və gözlənilən təhlükəsizlik risklərinə qarşı iki ölkə arasında yeni əməkdaşlıq formatının yaradılması gözlənilir: "Qeyd edim ki, Azərbaycanın son günlər hərbi fəaliyyətinin genişlənməsi, keçirilən hərbi parad, Avropa ilə enerji sahəsində əməkdaşlığın dərinləşməsi Şimal və Cənub qonşularımızı narahat edən məsələlərdi. Bir tərəfdən də Ermənistanın açıq təcavüzkar siyasəti regionda ümumi təhlükəsizliyi təhdid etməklə yanaşı, yeni risklər və regiona siyasi katakalizmlər idxal edir. Ona görə də ölkəmizə qarşı bəzi mərkəzlərdən hücumların artması, baş verən hadisələr təsadüfi deyil. Qərbdən də islahatların aparılması üçün basqılar və təzyiqlər var. Hazırda davam edən bu geosiyasi gərgin məcrada il ərzində ehtimal olunan növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimal olaraq qalacaq. Hərçənd ehtimal var idi ki, seçkilər keçirilsin". Politoloq onu da diqqətə çatdırıb ki, ölkənin enerji sisteminin çökməsi sıradan bir hadisə deyil, birbaşa daxili qüvvələrin hesabına meydana gəldi: "5-ci kolon ölkədə müəyyən gücə malikdir. Bu gücü zərərləşdirmək üçün islahatlar mütləqdi. Hazırda bizim ən ağrılı problemimiz olan işğal olunmuş ərazilərimizin azad olunması üçün apardığımız taktiki-lokal hərbi əməliyyatlar Moskva tərəfindən ciddi cəhdlə qarşısı alınması üçün siyasət aparılır. Ərdoğanın ölkəmizə səfərində Türkiyə ilə strateji müttəfiq əlaqələr barədə müqavilələr imzalayıb, avqustda Rusiya-Azərbaycan danışıqlarında müəyyən qədər mövqeyimizi gücləndirə bilərik. Baş verənlər göstərir ki, ərazilərimizin işğaldan azad olunmasının qarşısını almaq istəyən qüvvələr iş başındadır. Burada məmur özbaşınalığının və korrupsiyanın da müəyyən xidmətləri var. Ölkəmizin inkişafı və süverenliyi ilk növbədə birliyimizdən və şaffaf idarə etmədən keçir".
Bu arada işğalçı ölkədə cərəyan edən proselər, Paşinyanın Qarabağ probleminin həllində ortaya qoyduğu qeyri-konstruktiv mövqeyində müşahidə edilən yumşalmaya toxunan poilitoloq deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun son günlər hərbi hərkətliliyindən və Naxçıvan istiqamətində uğurlu əməliyyatından sonra Qarabağ münaqişəsinin həlli istiqamətində əvvəlki, qeyri-konustriktiv mövqeyindən geri çəkildi: "İlk əvvəllərdə o, qeyd edirdi ki, Qarabağın ilkin statusu təyin olunmayınca, danışıqlara başlamayacağıq, yaxud özünün danışıqlarda iştirak etmək hüququ yoxdur kimi qeyri-real açıqlamalar verirdi. İnqilabla hakimiyyətə gələn erməni baş naziri Qarabağla bağlı sərt və qeyri-müəyyən açıqlamalar verdiyi ərəfədə, rəsmi Yerevana yaxın bir politoloq mənə dedi ki, Paşinyanın bu açıqlamaları müvəqqətidir və o, danşıqlara gedəcək qədər məcburdur, danışıqıların əksi isə müharibədir. Müharibə isə. Ermənistana lazım deyil. Göründüyü kimi Ermənistanın müharibə qorxusu rəsmi Yerevanı danışıqlar prosesinə qatılmağa məcbur etdi. Erməni xarici işlər naziri Zoqrab Mnatsakanyan iyulun 11-də Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Mnatsakanayan danışıqların Minsk formatında-Madrid prinsipləri üzrə aparılacağını qeyd edib. Amma,yeni hakimiyyətə gələndə ümumiyyətlə Minsk formatında Ermənistanın iştirakını inkar edirdilər və özlərinin yaratdıqları Qarabağda separatçılarının danışıqlarda iştirakını irəli sürürdülər. Qeyd edim ki, Ermənistanın yeni hakimiyyəti son iki ayda iki zərbə aldı. Naxçıvanda ölkəmizin hərbi təzyiqilə qarşılaşdı, diplomatik danışıqlarda siyasətlərini dəyişmək məcburiyyətində qalararq, bir daha özlərini ifşa etdilər". Politoloq deyib ki, danışıqların başlaması öz-özlüyündəı müsbət bir prosesdi: "Amma, Nikol Paşinyan indiki parlamentlə hazırda çalışacaq ki, danışıqlarda imitasiya aetsin. Çünki, aparılan danışıqlarda kompromiss olarsa. Ermənistan parlamenti onu təsdiq etməlidir Amma Ermənistan parlamenti Qarabağ klanının əlindədir. Onlar da yeni hakimiyyətin kompromisinə qarşı çıxa bilərlər. Təbii ki, bunlar hüquqi prosesdi və Nikol Paşinyan danışıqlarda irəliləyiş olmaması üçün bundan istifadə edə bilər. Amma, bu il danışıqlarda müsbət nəticə gözlənilmir". Məhəmməd Əsədullazadə deyib ki, rəsmi İrəvan danışıqlarda Kremllə deyil, Amerika Erməni Assambleyasının diqtəsi ilə hərəkət edəcək: "Nikol Paşinyan çalışacaq ki,Azərbaycanla danışıqlarında Rusiya moderator olmasın. Çünki, Rusiya Qarabağ danışıqlarında moderator olarsa, Ermənistan Rusiyanın təsirindən çıxa bilmıyəcək. Bu da Nikol Paşinyanın siyasətinə uyğun deyil. Siyasi proseslər qarşıdakı aylarda daha da isinəcək, bu istiləşmə isə, İrəvanla Moskva arasında baş tutmasın. Rusiyanın burada tutacağı mövqedən çox məsələlər asılı olacaq. Seçimi Azərbaycan tərəfində ola biləməsi üçün yaxın aylardakı yaşanacaq mənzərəni gözləyək".