“Bir komitə sədrinin nümunəsində göründü ki…” Siyasət

“Bir komitə sədrinin nümunəsində göründü ki…”

Fazil Mustafa: "Çözülməyəcək bir problem yoxdur, sadəcə istəmək lazımdır"

"Günün ən sevindirici xəbəri bilirsiniz nə oldu? Diaspor ilə İş üzrə dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynadakı ikiyə bölünmüş diaspor qurumumuzun təmsilçilərini bir araya gətirib birləşdirməsi".
Bunu millət vəkili Fazil Mustafa Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporunun sədri Hikmət Cavadovla Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevun Dövlət Komitəsi rəhbərliyinin təşəbbüsü ilə barışmasına münasibət bildirərkən deyib.
"Bu olduqca ciddi bir hadisədir, nəhayət ki, sadə formul tapıldı, intriqaları bir tərəfə buraxıb, Azərbaycan naminə insanlarımızı xaricdə bir amal ətrafında toparlamağın mümkünlüyünə inamı artırdı. İndi bunun ardınca nədən xaricdə olan mühacirətimizin fərqli fikirlərini qoruma şərti ilə Azərbaycan naminə ümummilli hədəflərə doğru yönləndirilməsini gerçəkləşdirməyək? Bir komitə sədrinin nümunəsində göründü ki, çözülməyəcək bir problem yoxdur, sadəcə istəmək lazımdır. Xarici ölkələrdəki "bezdarnı" qaqaşların əvəzinə səfirliklərə daha sanballı və məsuliyyətli əməkdaşları, peşəkar kadrları göndərməklə qısa müddətdə bu işi daha da irəlilətmək mümkündür. Siyasət də də bunu etməyin yolları düşünülməlidir. Dini icmalar arasında da ağlı başında olan insanlar oturub məzhəb, təriqət və dünyagörüş fərqliliklərini bir kənara qoyub Azərbaycan naminə birlik nümayiş etdirməyi bacarmalıdırlar. İstəyəndə olur, sadəcə niyyət doğru olduğunda, işlər də öz lazımi məcrasına düşür".