“Amerikanın Suriyadan çəkilmə qərarından sonra....” Siyasət
Qafar Çaxmaqlı:"Bölgədə yeni siyasi gəlişmələrin yaşanması normaldır"
"Amerikanın qəflətən Suriyadan çəkilmə qərarından sonra bölgədə yeni siyasi gəlişmələrin yaşanması çox normaldır və Amerikanın tətbiq etdiyi İran embarqosuna Türkiyənin uymayacağı məlum idi. Türkiyə rəsmilərinin ağzından bu fikir açıq söylənməkdəydi ki, ABŞ-ın basqılarına rəğmən İranı Türkiyə blokadaya almayacaq, çünki hər iki ölkə üçün həyati əhəmiyyət daşıyan məsələlər var". Bu fikirləri Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı deyib. Onun sözlərinə görə, Amerikanın Suriyadan çəkilməsinin pərdə arxasında hələ nələrin olduğu da məlum deyil, təbii ki, Amerika İrana qarşı sanksiyaları davam etdirəcək və gələcəkdə ola bilsin ki, bu iş hərbi müdaxiləyə qədər gedib çıxsın: "Və ola bilsin ki, Suriyada gedən proseslər İranın içərilərinə sıçrasın. Türkiyənin isə məlumdur ki, öz maraqları var və son illər bu maraqları gerçəkləşdirmək üçün İran faktorundan da yararlanmaqdadır. Türkiyənin Fıratın Şərqində əməliyyat keçirməsi ilə bu çəkilmə qərarının eyni vaxta təsadüf etməsi də bəzi suallar doğurmaqdadır. Türkiyə Amerika münasibətləri fonunda İranın prezidentinin isti qarşılanmasının özündə də bir "diplomatik anormallıq" var. İranı xilas etmək nə dərəcədə Türkiyənin işinə yarayar? Bu gedişatı şərh etməyə çalışan Qərbli politoloqlar diqqəti təsadüfən Suriya üzərində cəmləşdirmirlər. Amerika prezidenti Tramp təxminən belə dedi ki, Suriyada işimizi bitirdik, qoy bundan sonrakı işləri Türkiyə və digər ölkələr görsün. Amerika öz görəvini Türkiyəyəmi həvalə etdi? Bir qədər sonra görəcəyik. Bu işdə ABŞ nə dərəcədə səmimidir. Çəkilərkən silahları PKK-ya verməsi göstərdi ki, bu işin dərinliklərində çox gizlin mətləblər var. Əslində Türkiyənin burada görəcəyi iş başından bəllidir, o sərghədlərinin təhlükəsizkliyini təmin etmək üçün PYD, PKK kimi silahlı qrupların məhv edilməsində qərarlıdır, buna yaxın görünür, üstəlik Suriyanın ərazi bütövlüyünü təmin etmək üçün ciddi fəaliyyəti var. Rusiya - İran - Türkiyə üçlüyü Suriyanın gələcək taleyini həll edəcək ölkələrdir və bunu Amerika da qəbul etmək zorundadır. Məncə Əsəd məsələsində də müəyyən razılaşmalar artıq vardır. Artıq Suriyanın Konstitusiyasını yazmaq üçün komissiya yaradılır. Rusiya və İran istəyirlər ki, bu prosesdə ABŞ iştirak etməsin. Bu isə mümkün deyil. Amerika əskəri olaraq buradan çəkilsə də siyasi olaraq qalmaqdadır və Türkiyə ilə münasibətlərin dərin qatlarında belə bir ittifaqın mövcud olmasını görmək mümkündür. Belə də deyə bilərik. Suriyadan Tramp çəkilib, ABŞ isə yox. Bu gəlişmələrin bizim ölkənin dövləti maraqlarına hansı şəkildə təsir edəcəyinə gəlincə demək mümkündür ki, İran - Türkiyə yaxınlaşmasında işğal edilmiş torpaqlarımızla bağlı İrana Türkiyənin təsiri ola bilər. Amma bunu bu diplomatik danışıqlarda dilə gətirən olmalıdır. Bu məsələ nə dərəcədə dilləndirilir - deyə bilmərik, amma Azərbaycanın strateji müttəfiqi olan Türkiyə İrandan Ermənistana dəstəyini çəkməsini israr etsə nəticə almaq olar. Amma nə qədər basqı altında olsa da İran ermənipərəst siyasətindən geri duran deyil, çünki bu ölkənin də özünəməxsus təhlükəsizlik sistemini qurmaq tədbirləri var. Və uzun illərdir bunu tətbiq etməkdədir. Həmin tədbirlərdən biri Ermənistanla işbirliyidir. Güney Azərbaycanda yaşayan 35 milyon Azərbaycan Türkünün hansı "təhlükə" törədəcəyini hesablamamış deyillər və uzun illərdən bəri sərt rejimin sürməsi də bu qorxunun nəticəsidir. Ermənistan İranın da, elə Rusiyanın da əlində bir təzyiq vasitəsidir . Məncə bu təzyiq vasitəsini həm Rusiyanın, həm də İranın əlindən almaq üçün qarşıdakı aylarda yaxşı imkanlar yaranacaq".