Karpovdan ilginc Qarabağ açıqlaması Siyasət

Karpovdan ilginc Qarabağ açıqlaması

"Dağlıq Qarabağla bağlı hansısa güzəştlərin əldə olunması çox çətindir"

"İndi müasir dünya müxtəlif münaqişələrlə zəngindir. Ukrayna böhranını və Dağlıq Qarabağ problemini buna misal göstərmək olar". Bunu tanınmış şahmatçı, 12 dəfə dünya çempionu Anatoli Karpov deyib.
O, Rusiya mətbuatına müsahibəsində bildirib ki, bu münaqişələrin hər birinin özünəməxsus spesifikası var. Bu münaqişələri birləşdirən əsas məsələ bunların həll olunması üçün danışıqların aparılmasıdır: "Aydındır ki, bu cür mürəkkəb vəziyyətlərdə, xüsusilə də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı hansısa güzəştlərin əldə olunması çox çətindir. Bununla belə, hansısa qərar olmalıdır. Çünki uzun illər insanlar bərabər yaşayıblar və qonşu olublar. Xatırlayıram ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar gedirdi. Biz bir neçə dəfə yalnız şahmat hərakatı çərçivəsində deyil, sülh tərəfdaşlığı çərçivəsində Azərbaycan və Ermənistanın yaradıcı və ziyalı insanları ilə görüşməyə cəhd etdik. Bu fəaliyyət və siyasətçilərin baş tutan görüşləri nəticəsində tərəfləri danışıqlar masasına oturtmaq mümkün oldu. Bu da hərbi əməliyyatların dayandırılmasına səbəb oldu".
Onun fikrincə, belə yanaşma Ukraynada müharibənin başa çatmasına kömək edər: "Avropa ölkələrinin liderləri bildirirlər ki, müharibənin bitməsi üçün hansısa məqbul həll variantını tapmaq mümkündür. Bunun üçün də ilk növbədə Ukraynanın şərqində hərbi əməliyyatları dayandırmaq, danışıqlara başlamaq üçün cəhd etmək və tərəflərin bir-birlərini dinləmələri vacibdir".