“BQXK kimi təşkilatlar xristian təşkilatlarıdır” Siyasət

“BQXK kimi təşkilatlar xristian təşkilatlarıdır”

Aqil Abbas: "Onların bizə qarşı münasibəti birtərəfli deyil"
Rasim Musabəyov: "Qurum mütəmadi olaraq əsirlərlə görüşür, təklif verir və təkid edir"
Asəf Hacıyev: "Azərbaycana qarşı ikili standartların həyata keçirilməsi mümkün deyil"

Azərbaycanlılar Kəlbəcərdə girov götürüləndən sonra Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbapycanda ciddi təqnqid olunmayağa başayıb. Onun fəaliyyəti Azərbaycan ictimaiyyətini qane etmir.
Xatırladaq ki, BQXK nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, saxlanılan şəxslərə ailə məlumatları çatdırılıb və onlardan ailələrinə çatdırılması üçün məlumat alınıb.
Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.
Onu da əlavə edək ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov BQXK Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, xanım Deniz Duranla yenidən görüşüb, məsəldəni müzakirə etmişdi. Görüşdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şah0baz Quliyevin azad edilməsi, ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun isə meyitinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb. Əli Həsənov BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə Həsən Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır: "Bu gün Ermənistan tərəfi girovların və meyitin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar?"...
Bir sıra millət vəkilləri də bu qurumun fəaliyyətinə münasibətlərin açıqlayıblar.
Millət vəkili Aqil Abbas deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatların hər biri xristian təşkilatlarıdır və onların bizə qarşı münasibəti birtərəfli deyil. Millət vəkili hesab edir ki, bizim Beynəlxalq Qızıl Xaç Komitəsinə inanmaqdan başqa əlacımız da yoxdur: "Bu mənada düşünürəm ki, bu işi yalnız BQXK-i görə bilər. Bizim başqa ümid yerimiz də yoxdur. Misal olaraq, ATƏT, BMT kimi qurumların mənasız işini göstərə bilərik. Ümumiyyətlə, mənim bu təşkilatlara heç bir ümidim olmayıb".
Millət vəkili, politoloq Rasim Musabəyov Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən danışarkən deyib ki, ümumiyyətlə Beynəlxalq Qızıl Xaç Komitəsi öz işini afişa etmədən həyata keçirməyə çalışır. Politoloq hesab edir ki, dünyada sözügedən qurumdan başqa bu işi effektiv həyata keçirən ikinci qurum yoxdur: "Düşünürəm ki, biz Beynəlxalq Qızıl Xaç Komitəsi ilə münasibətlərimizə gərginlik gətirməməliyik. Qurum mütəmadi olaraq əsirlərlə görüşür, təklif verir və təkid edir. Amma onun bu proseslərin tezləşməsinə məcbur edilməsi ilə bağlı imkanları yoxdur. Beynəlxalq Qızıl Xaç Komitəsi xeyli sayda azərbaycanlı əsirləri nəzarətdə saxlamaqda və onların Vətənə qaytarılmasında işlər görüb. Təbii ki, bu, qarşılıqlı şəkildə həyata keçirilib". Son günlər cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəsin pozulmasına da münasibət bildirən politoloq deyib ki, müharibə hələ bitməyib: "Münaqişə sadəcə olaraq dondurulub. Kimlərsə Azərbaycan torpaqlarını işğal edib orada arxayın oturacağını düşünürlərsə, bu elə düşüncələrində qalacaq".
Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən danışarkən deyib ki, son illər Azərbaycan xalqını və cəmiyyəti ikili standartlar çox narahat etməyə başlayıb. Onun fikrincə, dünyada nəinki əsir düşənlərlə, eləcə də baş verən digər milli zəmində cinayət hadisələri ilə bağlı çevik reaksiya praktikası mövcuddur və bu halda işğalçını dərhal cəzalandırırlar. Deputat bildirib ki, Azərbaycanın 20 ildən çoxdur ki, topaqları erməni silahlı qüvvələri tərəfindən işğal olunub: "Çox təəssüf ki, bununla bağlı hələ də heç bir iş görülməyib. Rəsmi Bakı hər dəfə olduğu kimi yenə də ikili standartlarla qarşılaşır. Bəs gəlin görək bunun kökündə nə dayanır? Görünür burada bir çox dövlətlər Azərbaycanda gedən yüksək inkişafdan qısqanclıq hissi duyurlar. Azərbaycanda artıq dünyada nümunə olan bir dövlətdir. Ölkəmiz bu gün regionda reallaşan bütün müsbət işlərə öz imzasını atır. Azərbaycan sülh siyasətini dəstəkləyir. Ölkəmiz kiçik dövlət olsa da BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü oldu. Hətta quruma bir neçə dəfə sədrlik də etdi. Bu kimi qurumlar artıq Azərbaycanın bu nüfuzunu anlamalı və başa düşməlidir.
Beynəlxalq Qızıl Xaç Komitəsi kimi qurumlar başa düşməlidir ki, Azərbaycana qarşı ikili standartların həyata keçirilməsi mümkün deyil, buna son qoyulmalıdır. Ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət artıq bütün dünyaya məlumdur. Dövlət başçısı da bəyan etmişdi ki, "biz sülhsevər hər bir ölkə, təşkilatla əməkdaşlıq etməyə hazırıq amma Azərbaycana qarşı ikili standartlar tətbiq olunmamalıdır".
emokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib Kəlbəcərdə azərbaycanlıların əsir götürülməsi Ermənistanın işğalçı qüvvələrinin növbəti cinayətkar əməlidir. Asim Mollazadə hesab edir ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsini yox, əsl cinayətkarları günahlandırmalıyıq: "Bu gün bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan hər zaman olduğu kimi, yenə də mülki əhaliyə, sadə vətəndaşlara qarşı işgəncələr, həbslər həyata keçirir. Təbii olaraq azərbaycanlılar girovluqdan azad edilməlidir və bununla bağlı Azərbaycan bütün beynəlxalq təşkilatlara müraciət etməlidir". Millət vəkili deyib ki, beynəlxalq təşkilatların Azərbaycanla bağlı məsələlərə etinadsız yanaşmasına qarşı mübarizə aparılmalıdır: "Bu məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırmaq lazımdır. Hesab edirəm ki, o zaman nəyəsə nail ola bilərik".

Əli