
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Ukrayna vətəndaşları, Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü Qennadiy Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenko Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək, adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş ediblər. Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktubda FNLD-in prezidenti Marina Kurbanaliyeva və Federasiyanın yuxarıda adları qeyd olunan üzvləri səfərlə əlaqədar təəssüf hissi keçirdiklərini ifadə edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiklərini, habelə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilməyərəkdən səfər etdiklərini qeyd ediblər.
“Sözügedən şəxslər, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəklərinə dair zəmanət veriblər. Qennadiy Xavkin, İqor Yaremenko və Timofey Çernenkonun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onların adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasına dair qərar qəbul edilib”, - məlumatda qeyd olunub.