“Regiondakı sabitliyin qarantiyası Moskva-Bakı alyansından” Siyasət

“Regiondakı sabitliyin qarantiyası Moskva-Bakı alyansından”

“Azərbaycan dünyanın hegemon dövlətlərindən Qarabağ münaqişəsinə yanaşmada obyektvilik gözləyir. Əgər hansısa vektor ikili standartlardan əl çəkərsə, biz o istiqamətə vurğu edə bilərik”. Bunu politoloq Zaur Məmmədov deyib. Ekspert Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük məsələsinə də toxunub: “Rusiya bizi KTMT-də görmək istəyirsə, münaqişəyə dair Azərbaycanın maraqlarını nəzərə almalıdır. Belə çıxır kı, KTMT da “iştirakımız” Moskvanın davranışından asılıdır. Digər yandan, Moskva İrəvana deyil, Bakıya vurğu edərsə, regionda sabitlik yaranmış olar. Çünki regiondakı sabitliyin qarantiyası Moskva-Bakı alyansından asılıdır.
Azərbaycan Rusiyanın başçılığı altındakı layihələrə yalnız bir halda girə bilər: Rusiya işğal altındakı torpaqları qaytarmağa kömək edərsə. Bu isə o deməkdir ki, bu, reallaşan məsələ deyil”.
Zaur Məmmədovun fikrincə, informasiya siyasəti kontekstində ermənilərin işğalçılıq siyasətini xarici KİV-lərdə yaymağımız vacibdir:
“Bu istiqamətdə düşmən diasporun taktikası belədir: ermənilərin rus KİV-lərində ruspərəst, ABŞ KİV-lərində isə amerikapərəst çıxışları həmin ölkələrin daxili auditoriyalarını çaşdırmaq məqsədi daşıyır. Hətta Türkiyədə belə ermənilər türklərin başlarını sığallayaraq öz işləri ilə məşğuldur”.